Menu

İsveç və Küveyt BMT TŞ-in təcili iclasını çağırıb

04.07.2018, 09:41
İsveç və Küveyt BMT TŞ-in təcili iclasını çağırıb

İsveç və Küveyt Suriyanın cənub-qərbindəki məsələyə dair BMT Təhlükəsilzlik Şurasının təcili iclasını çağırıb.

Trend-in məlumatına görə, iclas iyunun 4-ü səhər keçməlidir. İsveç iyul ayında Təhlükəsizlik Şurasına sədrlik edir.

Rusiya, İordaniya və ABŞ 2017-ci ilin iyul ayında Suriyanın cənub-qərbində deeskalasiya zonasının yaradılması barədə razılığa gəlmişdilər. Deeskalasiya zonasına 3 ən cənub rayonlar daxildir - Deraa, Əl-Kuneytra və Əs-Suveyda. Son aylarda deeskalasiya zonasında vəziyyət gərginləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol