Genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərə cəlb olunmuş qərargahlar ərazidə döyüş tapşırıqlarını ətraflı planlaşdırır və dəqiqləşdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatagörə, qoşunlarımızın fəaliyyəti və düşmən haqqında tam məlumata malik olmaq üçün məlumatların əldə edilməsi kəşfiyyat, müşahidə və digər texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə edilməklə həyata keçirilir.
[gallery columns="4" size="full" ids="432678,432679,432680,432681"]


Şərhlər