Daxili İşlər Nazirliyi Gəncə şəhərinin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir: “Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.
Xatırladaq ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Yunis Səfərov adlı şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.




Şərhlər
.....Vəzifədəki bəzi kürdlər əhaliyə zülm edir, bəsdir ....
Onu kim o günə qoyub. Onu elə döyən ya erməni ya da bizə düşmən olan kimlərdəndirsə. Bizim millət bunu edə bilməz.
Xalqına zülm edənin axırı bərbad olur.Nə edərsən aşına,o çıxar qaşığına.................................
cox tessuf ki sizin kimi besareti baqlanmiw adamlar helede vehwinin Lenin ve bolweviklerin ve ya indiki kapitalstlerin olduqunu ayrid ede bilmersiz
Əlbəttə,cinayətkar cəzalanmalıdır.Amma kürdcəsinə onu işgəncəyə məruz qoymaq axmaqlıqdır.Lenin kimi bir vəhşi onu güllələyən qadına işgəncə verdirmədi.İşgəncə verdirəni Allah bağışlamır və elədiklərini öz başına gətirir.Vəzifə futbol topu kimi bir şeydir,sabah kimin qapısına girəcəyi bəlli olmur..
Onu bu günə ona görə salıblar və görüntülərini də məqsədli olaraq yayıblar ki, başqalarına ibrət olsun...
Bu operativliklə işıq və su problemini də həll etsəydiniz...
Bu insanl bu güne salanln görürm ................
Bu artıq rəzaləıtdir,biabırçılıqdır...
Bunu bu derece döyenin nesli ölsün ay Allah ...............
Sadə, məzlum, huququ tapdalanan vətəndaş Yunis Səfərovu bu işə təhrik edən İcra başcısıdır ....