Menu

BŞTİ-nin müdiri vəzifəsinin icrası kimə həvalə edildi? - Nazir əmr imzaladı

05.07.2018, 10:52
BŞTİ-nin müdiri vəzifəsinin icrası kimə həvalə edildi? - Nazir əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinin icrası təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

Bu barədə Trend-ə idarədən məlumat verilib.

Qeyd edək ki, Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olub.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Psixologiya üzrə fəlsəfə doktorudur.

YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Ailəlidir, 2 övladı var.

Şərhlər

Ayaz 2018-07-05 10:52:09

Burda bir məntiqsizlik var! Yuxarı vəzifəli şəxsə aşağı vəzifə həvalə edilə bilməz ! Orda yəni Bakı şəhər baş təhsil idarəsində bir fərli müavin tapılmadı ki ona həvalə edilsin? Həvalə etmək nəyə lazım elə yerinə nüavini müdir təyin edərdilər də! ...
Belə bir atalar misalı var nə yardan doyur, nə əldən qoyur!
Təhsil də elə isıq, su səhiyyə bank kimidir! Əl Fatihə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol