Mingəçevirdə yerləşən "Azərbaycan İES”-də yenidən yanğın başlayıb.Minval.info bildirir ki, hadisə yerində olanlar nasaz olan açarların birində yenidən yanğın başladığını deyirlər: "Dünən Baş prokuror da Prezident qarşısında dedi ki, elektrik açarları müasir deyil. Hazırda o açarlardan biri yanır.”
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar. Ancaq alovların qarşısını almaq hələ ki mümkün olmayıb.




Şərhlər
COX GUMAN Kİ XALQİN HALİNA ACİSİNA YANİR...ELƏ DƏYİLMİ?
Pirverdiyevin işdən qovduğu qocaman energetiklərə müraciət etmək lazımdır.Onların köməyi ilə fəlakətin qarşısını almaq olar.Ümumiyyətlə,biznesdən gələn nazir və digər vəzifə sahiblərindən qurtulmaq lazımdır.Onlar işlə deyil,maliyyə dələduzluğu ilə məşğul olurlar.Təkcvə energetika deyil,iqtisadiyyat bundan da betərdir.
Karrupsiyanın tüstüsü Xalqın gözünü tökəcək və tökməlidir də...