Ölkə başçısının enerji böhranı ilə bağlı keçirdiyi son iclasda “Azərsu”nun sədri Qorxmaz Hüseynovun verdiyi raporta görə, guya artıq dünəndən paytaxt əhalisinin 92-93 faizinin su təminatı bərpa olunub. Bu məlumatın həqiqətə uyğun olmadığını isbat etmək o qədər də çətin deyil. Çünki, necə deyərlər, “dünyanın düz vaxtında” paytaxtın su problemi doğru-düzgün həll olunmurdu və onun dediyi 92-93 faiz göstəricisi real deyildi, o ki qaldı enerji böhranı günlərində. Hətta Q.Hüseynovun dediyinə görə, guya artıq bu gündən bütün şəhərdə su problemi həll olunmalı idi.
Ancaq redaksiyamıza müraciət edən çoxsaylı paytaxt sakinləri şəhərin müxtəlif istiqamətlərində su qıtlığının qaldığını, bu istidə əhalinin əziyyət çəkdiyini bildirirlər. Xüsusilə Qaraçuxur qəsəbəsinin Şərq Massivi adlanan ərazisi, Yeni Günəşli qəsəbəsi, 3-cü mikrorayon ərazisindəki “Papanin” adı ilə tanınan məhəllə, Xırdalan və digər yerlərdən çoxsaylı şikayətlər daxil olmaqdadır. Bildirilir ki, hal-hazırda həmin ərazilərdə sudan əsər-əlamət yoxdur və şikayətçilər bununla bağlı 10 milyon əhalinin gözü qarşısında prezidentə həqiqətdən uzaq hesabat verən Q.Hüseynova saytımız vasitəsilə xüsusi salamlarını göndərdiklərini bildirirlər...
AzPolitika.info


Şərhlər
Qorxmaz Hüseynov yalan deyir.Yaşadığım Hüseyn Cavid prospektində enerji böhranına qədər günün 24 saatı suyumuz vardı. Artıq 3 gündür ki suya həsrət qalmışıq. Dünən və bu gün 1-2 saat çox kiçik təzyiqdə su verilib. Hazırda su yoxdur! Bilmirik ki nə vaxt olacaq. 955 qaynar xətti də davamlı olaraq "xətlər məşğuldur" deyir.
Talancılıqdı... Etrafinda olan halal bacari li iscleri bir bir yox etdi ruzvetsiz, isleyen izcileri ele temizledi iyleri bele qalmadi. Lacinli bir oglan vardi pul yigimina nezaret edirdi nece il islemesine baxmayaraq metro ile gedib gelirdi Muesseler onun elinden bezmisdi. sag olmamis Qorxmaz onlarinda canin qurtardi ozununde .indi o vezifede isleyen adam 150000 minlik masin surur
Adından da göründüyü kimi bu Qorxmaz cənabları heç kimdən qorxmur. ... Sonrası da Azərbaycanda son 25-30 ildə hansı iqtidar nümayəndəsi bircə kəlmə də olsun düz danışıb. Düz danışan bir Hidrometslujbadır, hətta onlar da çox vaxt 4-5 dərəcə əl yeri qoyurlar ki, bəlkə başqa cürə oldu.
P.S. "Bir də ən doğru dsanışan AzTV telekanalizasiyası (Z.H.) və onun şefi Alışdıranovdur.
Q.Hüseynovun başı Qubadakı villalarına qarışıb.Onun su ilə bağlı problemlə məşğul olmağa vaxtımı var?Büdcədən ayrılan pulları elə dağıdıb ki,vəziyyətin nə vaxtsa belə olacağı ağlına belə gəlməyib.Qohum-əqrəbanın adına rəsmiləşdirdiyi böyük biznesi var.Biznesi olan məmurun isə dövlət vəzifəsində çalışması ölkəyə xəyanətdir.