Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ailəsi ilə birlikdə ölkəni tərk edərək Parisə getmək istəyərkən aeroportda saxlanılıb.
Bu barədə “Qraparak” qəzeti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, MTX əməkdaşları Yerevanın “Zvartnots” aeroportunda Aleksandr Sarkisyana və onun ailəsinə Parisə uçmağa icazə verməyiblər. Sonra onların mənzilində axtarış aparılıb. Evdə silah, pul və bahalı rəsm əsəri aşkar edilib.
Qeyd edək ki, iyunun 25-də Ermənistan polisinin xüsusi dəstəsi Aleksandr Sarkisyanı qeyri-qanuni silah saxlamaqda şübhəli qismində saxlayıb və həmin gün də sərbəst buraxıb. Bundan əvvəl Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri Serj Sarkisyanın digər qardaşı Levon barədə cinayət işi açıblar. Levon və onun qızı Ani qeyri-qanuni varlanmaqda və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırılırlar.


Şərhlər