Menu

ABŞ-da yaşayış evinə silahlı hücum olub - Ölən və yaralananlar var

05.07.2018, 21:33
ABŞ-da yaşayış evinə silahlı hücum olub - Ölən və yaralananlar var

ABŞ-ın Los-Anceles dairəsinin Vestleyk rayonunda evlərdən birində silahlı atışma olub."Report" TASS-a istinadən xəbər verir ki, atışma nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Məlumata görə, azı iki nəfər evə daxil olaraq ABŞ-ın Müstəqillik Gününü qeyd edənlərə atəş açıb və sonra hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn polis bir kişi və bir qadın meyitini aşkar edib. Dörd nəfər xəstəxanaya aparılıb, onlardan biri dünyasını dəyişib, ikisinin isə vəziyyəti ağırdır.

İlkin ehtimallara görə, hadisəyə bundan əvvəl baş vermiş mübahisə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol