Menu

Paytaxtda intihara cəhd - Özünü bıçaqladı

06.07.2018, 10:02
Paytaxtda intihara cəhd - Özünü bıçaqladı

Paytaxtın Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Əcəmi Naxçıvani küçəsi, 27 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Xəlilov Taleh Arif oğlu bıçaqla qarın nahiyəsinə zərbə endirib.

Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhdin səbəblərini araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol