Menu

«ABŞ-ın təcavüzünü dəf etməyə hazır olun!» - Maduro hərbçilərə çağırış etdi...

06.07.2018, 12:39
«ABŞ-ın təcavüzünü dəf etməyə hazır olun!» - Maduro hərbçilərə çağırış etdi...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın Prezidenti Nikolas Maduro, KİV-də Donald Trmpın Bolivarian Republiası ərazisinə təcavüz barədə dedikləri haqqında yayılan xəbərdən sonra, ölkə hərbçilərini Amerika Birləşmiş Ştatlarının (ABŞ) təcavüzünü dəf etməyə hazır olmağa çağırıb. Bu barədə «Televisa» kanalı xəbər verib.

«Hazırlığı bir dəqiqə də zəiflətmək olmaz, çünki Vəiənimiz öz tarixində əldə etmiş olduğu ən böyük hüququ qoruacağıq...» - deyə, Maduro çərşənbə günü hərbçilər qarşısında çıxışı zamanı bəyan edib.

Bundan əvvəl, Prezident Administrasiyasındakı adı çəkilməyən mənbəyə istinadla, «Assoşieyted Press» agentliyi xəbər vermişdi ki, 2019-ci ilin avqustunda Karakasa qarşı sanksiyalara həsr olunmuş görüşdə Tramp Venesuelaya mümkün təcavüz barədə öz köməkçisinə sual verib.

Maduro bəyan edib ki, KİV-in təqdim etdiyi informasiya onun Vaşinqton tərəfindən gözlənilən mümkün təcavüz barədəki şübhələrini təsdiqləyir. Belə ki, ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarını ələ keçirmək istəyir.

«Təsadüfdürmü? Yox, təsadüf deyil...» - deyə, telekanal Venesuela liderindən sitat gətirir. Venesuela lideri ehtmal edir ki, təcavüz «venesuelalı müxalifətçilərin Ağ evə səfərində sonra» baş verə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol