Menu

Evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura aşkarlanıb

07.07.2018, 13:27
Evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura aşkarlanıb

Sumqayıtda evdən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.

Dini broşura və CD disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol