Menu

Bu gün pensiya islahatına qarşı mitinqlər olacaq! - Rusiyada

07.07.2018, 15:48
Bu gün pensiya islahatına qarşı mitinqlər olacaq! - Rusiyada

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Rusiyanın bir sıra şəhərlərində hökumətin pensiya islahatına qarşı mitinqlər keçiriləcək. Adəti üzrə mitinqləri həmkarlar təşkilatları və parlament müxalifəti təşkil edir.

Pensiya yaşının qaldırılması penspektivinə yönəlik narazılıq artıq iki həftədir ki, parlamentdəki müxalifət nümaəndələri ilə necə deyərlər, sistemdənkənar müxalifəti birləşdirib.

Bir çox hallarda yeri hakimiyyət orqanları aksiyaya icazə verir. Tver şəhərində mitinqi Rusiya liberal-demokrat paprtiyası (RLDP) təşkil edib. Kommunist partiyasının (KP) sifarişi də təmin olunub. Qırmızı bayraqlar altında etirazlar Anqarskdə, Sıktıvkarda və Petrozavodskdə də keçiriləcək.

Bu gün solçular və həmkarlar təşkilatları fəalları Barnaulda da küsəyə çıxacaqlar. Simferopolda isə kommunist partiyası məmurlardan şikayətlənir - yerli məmurlar mitinq ərəfəsində iştirakçılara vərəqələr paylanmasını qadağan edirlər, bununla belə, mitinqin özü razılaşdırılıb.

Bu ərəfədə, Kremldə bəyan ediblər ki, Vladimir Putin hökumətin planlarına yönəlik əhalinin reaksiyasındn xəbərdardır. Bununla belə, prezident əvvəlki kimi, səs-küylü qanun layihəsinin müzakirəsinə qarışmır və hələ də pensiya islahatına yönəlik mövqeyini formalaşdırmayıb.

Bu fonda, Putinin və hökumətin reytinqi bir qədər düşüb.

Siyasətçilərin fikrincə, pensiya islahatını dəyişmək məntiqi addım olardı. Bununla, Prezident itirilmiş reytinqi müəyyən nisbətdə bərpa edə bilər. Bu fikiri siyasətçi Valeri Solovey «Exo» radiosunun efirindən səsləndirib.

O, qeyd edib ki, pensiya yaşının qaldırılması mütləq ölkədə işsizliyin artmasına gətirib çıxardacaq, çünki hazırda Rusiyada iş yerləri yoxdur. Hətta "kölgə sektorunda" belə, iş yerləri gözə dəymir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol