Menu

Türkiyədə baş verən partlayış nəticəsində 1 əsgər ölüb, yaralılar var

08.07.2018, 00:20
Türkiyədə baş verən partlayış nəticəsində 1 əsgər ölüb, yaralılar var

Türkiyədə partlayış baş verib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı vilayətində, Doğubyazitlə sərhəddə qeydə alınıb.

Əl qumbarasının partlaması nəticəsində 3 hərbçi yaralanıb. Yaralılar Dr. Doğubayazıt Yaşar Eryılmaz Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol