Menu

Baxçalının əlinin öpülməsi Türkiyədə qalmaqal yaratdı

09.07.2018, 00:22
Baxçalının əlinin öpülməsi Türkiyədə qalmaqal yaratdı

Türkiyənin Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimində İYİ Partiyasından olan bəzi millət vəkillərinin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının əlini öpməsi İYİ-nin başçısı Meral Akşener tərəfindən qəzəblə qarşılanıb.

Virtualaz.org-un yerli KİV-ə istinadla məlumatına görə, Akşener millət vəkillərindən partiyanın prinsiplərinə riayət etməyi tələb edib.

“Mən siyasi nəzakəti yaxşı bilirəm. Ancaq bu, siyasi nəzakət deyil. Partiyamıza FETÖ-çü deyən, hətta partiya sədrinin namusuna belə söz deyənlərə hörmət göstərmək siyasi nəzakət deyil. Prinsiplərimizə riayət edənlər bizimlə ola bilər. Riayət edə bilməyənlər dərhal İYİ Partiyasını tərk etsinlər”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol