Menu

Vəkillər Kollegiyası daha bir tanınmış vəkilə töhmət verdi - FOTO

09.07.2018, 19:46
Vəkillər Kollegiyası daha bir tanınmış vəkilə töhmət verdi - FOTO

Vəkillər Kollegiyası (VK) daha bir tanınmış vəkilə töhmət verib.

“Report”un xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, vəkil Fuad Ağayevə töhmət verib. Qərar Penitensiar Xidmət rəhbərliyinin Vəkillər Kollegiyasına şikayəti əsasında çıxarılıb.

Qeyd edək ki, daha əvvəl VK tanınmış vəkil İradə Cavadovanın vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət edilməsi haqqında qərar çıxarıb. Bundan başqa, kollegiya Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol