Menu

DÇ-2018-in Xorvatiya-İngiltərə matçı Cüneyt Çakıra həvalə olunub

10.07.2018, 02:15
DÇ-2018-in Xorvatiya-İngiltərə matçı Cüneyt Çakıra həvalə olunub

FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçının hakimlər briqadasını təyin edib.

“Report” xəbər verir ki, iyulun 11-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da başlanacaq.

Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona yan xətt hakimləri Bahəttin Duran və Tarık Onqun, həmçinin dördüncü hakim – hollandiyalı Byorn Kuypers köməklik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol