Menu

Azərbaycanın qızıl və gümüşü yerli bazarda da satılacaq

10.07.2018, 10:08
Azərbaycanın qızıl və gümüşü yerli bazarda da satılacaq

Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) “AzerGold” QSC-nin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda “AzerGold” QSC-nin sədri Zakir İbrahimov bildirib.

O qeyd edib ki, qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün QSC tərəfindən səylər göstərilməkdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol