Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb.
APA-nın "haberler.com"a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentini Heydər Əliyev adına hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın türkiyədəki səfiri Xəzər ibrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıb.
Bu, R.T.Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir.
Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Prezident İlham Əliyev və Rəcəp Tayyip Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra iki ölkə başçılarının mətbuat konfransı gözlənilir.
R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşəcək.


Şərhlər