Menu

Azərbaycan Sənaye Korporasiyasında YENİ TƏYİNAT

10.07.2018, 13:49
Azərbaycan Sənaye Korporasiyasında YENİ TƏYİNAT

İlqar Veysəl oğlu İsayev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini təyin olunub.

Trend-in məlumatına görə, İlqar İsayev bu təyinatadək Maliyyə Nazirliyinin Sosial yönümlü layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2017-ci il fərmanı ilə yaradılıb. Müəssisənin baş direktoru vəzifəsini Kamran Nəbizadə daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol