Menu

FETÖ-nün “Azərbaycan kassası” həbs olundu - FOTO

13.07.2018, 11:32
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu - FOTO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Azərbaycanda və Ukraynada FETÖ-yə qarşı əməliyyat keçirib. “Hurriyet”in yaydığı məlumata görə, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Saleh Zəki Yiğit isə Ukraynada saxlanaraq dünən xüsusi təyyarə ilə İstanbula aparılıb.

Məlumata görə, 1997-ci ildə Bakı Dövlət Universitetini bitirən Özdəmir təşkilatın “Azərbaycan kassası” kimi fəaliyyət göstərib. O, inşaat sektorunda “Avro 2000” firmasının sahibi kimi FETÖ-nün çirkli pullarının yuyulmasını həyata keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol