Menu

«Türkiyədə kürd problemi yoxdur!» - Mehdi Əkər

13.07.2018, 15:11
«Türkiyədə kürd problemi yoxdur!» - Mehdi Əkər

«AzPolitika.info»-nun «RİA Novosti» agentliyinə istinadla verdiyi xəbərə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehdi Əkər sözügedən agentliyə verdiyi müsahibədə bəyan edib ki, Türkiyədə kürd problemi yoxdur  Amma terrorçuluq problemi var və bu problemlə mübarizə davam edir.

«Türkiyədə kürd problemi mövcd deyil, terrorçuluq problemi isə var. Onunla fasiləsiz mübarizə gedir. Türkiyə böyük qətiyyətlə çalışır ki, bu problemlə həm ölkə daxilində, həm də sərhədlərindən kənarda mübarizəni davam etdirsin» - deyə, Əkər bildirib.

O, əlavə edib ki, 2002-ci ildən - Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən - cəmiyyətin demokratikləşməsi və vətəndaş cəmiyyəti çərçivəsində eyni zamanda, bizim kürd vətəndaşlarımıza şamil olan proseslər gedir.

2015-ci ildən terrorçu PKK-ya qarşı yenidən başlanan əməliyyatlar nəticəsində 1000-dən artıq hərbçi və polis, 500 mülki vətəndaş həlak olub.

Türkiyə müdafiə nazirliyinin (MN) məlumatına görə, həmin dövrdə təhlükəsizlik qüvvələri 10 min nəfərdən aprtıq PKK terrorçusunu neytrallaşdırıb. İraqın şimalında PKK-nın bazası yerləşir və buna qarşı Türkiyə həm quru, həm də hava əməliyyatları həyata keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol