«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, İranın Suriyada itirakının İsraillə heç bir əlaqəsi yodur.
«İranın iştirakı (Suriyada - red.) İsraillə heç cür balğı deyil» - deyə, «Valday» diskusiya klubu tədbirində çıxışı zamanı, «İran qüvvələrinin Suriyadan çıxarılması» barədə suala cavab verən Vilayəti bəyan edib.
«İran hərçilərinin Suriyada iştirakı qanunidir və yerli hakimiyyət orqanları ilə razılaşdırılıb. Tehran, İran qüvvələrinin bu ölkənin cənubundan çıxarılması barədə İsrailin tələblərinə əhəmiyyət vermir» - deyə, Əli Əkbər Vilayəti bəyan edib.
«Bizim Suriyadakı iştirakımız - Suriya və Rusiya hökumətləri ilə tam kordinasiyadadır. İran hökuməti, Rusiya, Suriya və Livanın «Hizbullah»ı - bu 4 element bir-biri ilə tam kordinasiyadadır .Bu kordinasiyanın sionist rejimin nümayədələri tərəfindən səsləndirilən bəyanatlarla heç bir əlaqəsi yoxdur» - deyə, İranlı diplomat əlavə edib.


Şərhlər