Menu

"Tramp əvvəlkilərdən güclü deyil, İran isə əvvəlkindən zəif"

13.07.2018, 18:48
"Tramp əvvəlkilərdən güclü deyil, İran isə əvvəlkindən zəif"

AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə NATO arasındakı fikir ayrılıqları Qərbin zəifliyindən xəbər verir, İran isə bu gün 30 il əvvəlkindən 10 dəfələrlə güclüdür.

«ABŞ prezidenti Donald Tramp  özünü savadsız aparır, amma Amerikanın siyasəti birdir. Ata Corc Buş, onun oğlu (oğul Corc Buş), Klinton , Obama - təbiət etibarilə eynidirlər. Onların bəziləri çox zəif siyasət apardılar, digəri - Tramp kimi minimal beynəlxalq prinmiplərə əməl etmir. Onların hamısı İran qarşısında öz öhdəliklərini yerinə yetirməyiblər» - deyə, Vilayəti Moskvada jurnalistlərə bəyan edib.

«Onlar hər yerdə məğlubiyyətə uğrayıblar. Ona görə də indi onların söylədiklərinə heç kim əhəmiyyət vermir. Tramp əvvəlkilərdən güclü deyil, İran isə əvvəlkindən zəif deyil. Bu gün İran dövləti İran-İraq müharibəsi dövründə olduğundan 10 dəfələrlə güclüdür. ABŞ-ın. beynəlxalq münasibətdərdə çoxlu problemləri var. Kim düşünə bilərdi ki, NATO ilə Amerika arasında fikir ayrılıqları olacaq və indi onlar münaqişəyə qalxacaqlar? Bu, göstərir ki, onların da zəif yerləri var» - deyə, İranlı məmur əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol