Menu

Nəvaz Şərif həbs edildi

14.07.2018, 12:34
Nəvaz Şərif həbs edildi

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif və qızı Məryəm Lahor hava limanında saxlanılıb.Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Mətbuat Şərifin Lahora Əbu-Dabidən uçduğunu bildirib.

Qeyd edək ki, Şərif bundan öncə korrupsiyada ittiham olunaraq 10 il, qızı isə 7 il həbs cəzasına məhkum edilib. İndiyə qədər Londonda olan Şərif dünən ölkəyə qayıtmaq qərarına gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol