Menu

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 216-ya çatıb

15.07.2018, 10:11
Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 216-ya çatıb

Yaponiyada leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb.Trend-in məlumatına görə, 27 nəfər itkin düşmüş sayılır. Ən çox ölüm faktı Xirosima prefekturasında qeydə alınıb - 106, Okayamada - 60, Eximedə - 26.

Qeyd edək ki, Yaponiyada leysan yağışları ötən həftə "Prapirun" tayfununun təsirindən başlayıb. Yağışlar çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olub. Hazırda zərər dəymiş rayonlarda 5 min insan təxliyə məntəqələrində qalır. Yerdə 5,5 min könüllü işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol