Menu

DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU + Video

15.07.2018, 21:00
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU + Video

Futbol üzrə Fransa milli komandası tarixində ikinci dəfə dünya çempionu olub.

"Report"un məlumatına görə, Didye Deşamın baş məşqçi olduğu kollektiv Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını məğlub edib - 4:2. Hesabı 18-ci dəqiqədə xorvatiyalı hücumçu Mario Mancukiç açıb. Lakin o, topu öz qapısına göndərib. Bundan 10 dəqiqə sonra İvan Perişiç bərabərlik qolunu vurub. 38-ci dəqiqədə isə argentinalı baş hakim Nestor Pitana VAR sisteminə müraciət edildikdən sonra Xorvatiyanın qapısına penalti təyin edib. O, Perişiçin əllə oyununu qayda pozuntusu kimi dəyərləndirib. Nəticədə Antuan Qrizmann penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra tərəflər daha 3 qol vurublar. 59-cu dəqiqədə Pol Poqba, 65-ci dəqiqədə Kilian Mbappe fərqi artırıb. 69-cu dəqiqədə isə Mario Mancukiç qapıçı Uqo Lyorisin səhvindən sonra fərqi azaldıb.

Beləliklə, Fransa 1998-ci il mundialından sonra ikinci dəfə dünya çempionu olub. Deşam isə Mario Zaqallo (Braziliya) və Frants Bekkenbauerdən (Almaniya) sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olan üçüncü baş məşqçiyə çevrilib.

Qeyd edək ki, komandalar meydana aşağıdakı tərkibdə çıxıb:

Fransa: Lloris, Pavar, Varan, Umtiti, Ernandes, Kante, Poqba, Matyuidi, Qrizmann, Jiru, Mbappe

Baş məşqçi: Didye Deşam

Xorvatiya: Subaşiç, Vrsalko, Striniç, Lovren, Vida, Rakitiç, Modriç, Brozoviç, Perişiç, Rebiç, Mandzukiç

Baş məşqçi: Zlatko Daliç

Şərhlər

omer 2018-07-15 21:00:00

Halaldi size..tebrikler butun azarkewlere...butun dunyaya futbol dersi..beli en yaxsi cempionatda en laiqli komanda qalib geldi..hem rusiyaya hemde fransaya aferin deyek

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol