Menu

BQXK girovlarla görüşdü

26.07.2014, 14:53
BQXK girovlarla görüşdü

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə görüşüblər.

Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, girovlar və Həsən Həsənovun meyitinin qaytarılması barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova APA-ya bildirib ki, görüş zamanı hər iki şəxsdən ailəsinə çatdırılması üçün məktub alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol