Menu

"Çelsi" Kurtuanı "Real"a satır

17.07.2018, 23:23
"Çelsi" Kurtuanı "Real"a satır

“Çelsi”nin qapıçısı Tibo Kurtua “Real”a keçməyə yaxındır.

Qol.az-ın “RMC Sport”a istinadən yaydığı xəbərə görə, klublar arasında razılıq əldə olunub.

Madrid klubu Belçika millisinin üzvü üçün London təmsilçisinə 35 milyon avro ödəyəcək. Kurtuanın müqaviləsinin 4 ildən az olmayacağı bildirilir.

Qeyd edək ki, 26 yaşlı Kurtua 2011-ci ildə “Genk”dən “Çelsi”yə Keçib. O, 2011-2014-cü illərdə “Atletiko”da icarə əsasında çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol