Menu

Könül Kərimovaya qarşı 32 min manatlıq dələduzluq edilib

18.07.2018, 11:53
Könül Kərimovaya qarşı 32 min manatlıq dələduzluq edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.

O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə gedən istintaqda Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovanın da adı var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyi vədi verib.

O, bu işə görə K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Şərhlər

Adil 2018-07-18 11:53:54

Könül kerimova açıq şekilde beyan edir ki men rüşvet vermişem ki saxta yolla oğlumu ali mektebe yerleşdirdim. Cinayet etdiyini etiraf edir. Diger insanı rüşvete tehrik edir. Mence rüşvet verenin de cinayet mesuliyyetine celb olunması vacibdir. Faktiki olaraq burada rüşvete tehrik etme, saxtakarlığa cehd, dövlet imtahan metkezini aldatmaq ve saxta yolla diplom elde etme faktı ortada. Yeqin ki iş baş tutsa idi könül kerimova rüşvete barede şikayet etmeyecekdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol