Menu

Həsən Həsənov dəfn olunub

27.07.2014, 11:11
Həsən Həsənov dəfn olunub

Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, BQXK-nin Dağlıq Qarabağdakı ofisi azərbaycanlı ailə tərəfindən qohumu kimi tanınmış adamın dəfn olunması barədə məlumatlandırılıb. BQXK dəfn olunmada müşahidəçi kimi iştirak edib. Dəfn zamanı meyitə hörmətlə yanaşılıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol