Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda prezident İlham Əliyevin 2018-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsi müzakirə edilib. Məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 16 iyul 2018-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısını təqdim edirik:
| № |
Nəşrin adı |
Ayrılmış məbləğ (AZN) |
| 1. | "Azərbaycan” qəzeti |
40000.00 |
| 2. | "Bakinski raboçi” qəzeti |
40000.00 |
| 3. | "Bakı Xəbər” qəzeti |
40000.00 |
| 4. | "525-ci qəzet” |
40000.00 |
| 5. | "Xalq qəzeti” |
40000.00 |
| 6. | "İki sahil” qəzeti |
40000.00 |
| 7. | "Kaspi” qəzeti |
40000.00 |
| 8. | "Kaspiy” qəzeti |
40000.00 |
| 9. | "Mövqe” qəzeti |
40000.00 |
| 10. | "Palitra” qəzeti |
40000.00 |
| 11. | "Respublika” qəzeti |
40000.00 |
| 12. | "Səs” qəzeti |
40000.00 |
| 13. | "Şərq qapısı” qəzeti |
40000.00 |
| 14. | "Yeni Azərbaycan” qəzeti |
40000.00 |
| 15. | "Yeni Müsavat” qəzeti |
40000.00 |
| 16. | "Ekspress” qəzeti |
40000.00 |
| 17. | "Ədalət” qəzeti |
40000.00 |
| 18. | "Olaylar” qəzeti |
40000.00 |
| 19. | "Şərq” qəzeti |
40000.00 |
| 20. | "Bizim yol” qəzeti |
40000.00 |
| 21. | "Xalq Cəbhəsi” qəzeti |
33000.00 |
| 22. | "Həftə içi” qəzeti |
33000.00 |
| 23. | "Azad Azərbaycan” qəzeti |
33000.00 |
| 24. | "Novoye vremya” qəzeti |
33000.00 |
| 25. | "Paralel” qəzeti |
33000.00 |
| 26. | "Üç nöqtə” qəzeti |
33000.00 |
| Cəmi: |
998000.00 |
|


Şərhlər
Əvvəlcə Dövlət nədir Hökümət nədir bir onu araşdırın. Dövlət əbədidir, hökümət (yəni iqtidar)gəldi gedərdi. Pulu ayıran hökümətdi, Dövlət deyil. Yəni hökümət özünə aid qəzetləri maliyyələşdirir. Sabah başqa hökümət olanda oda özünə yaxın qəzetləri maliyyələşdirəcək. Bu isə düzgün deyil mətbuat rəqabətli olmalıdır, hökümətin bir rəsmi qəzeti ola bilər oda çıxardığı qanunları rəsmi orqanlara və əhaliyə çatdırmaq üçün çalışar.
Pul ayrılan bu qəzetlərin millətə faydalılıqi yoxa bərabərdir. Təklif edirəm ki, bu qəzetləri heç bir yazısı olmadan buraxsınlar və havayı paylansin. Bu zaman heç olmaya hansısa bir ərzaq məhsulu bükməyə vəya ictimai yerlərində təmizlik üçün istifadəyə yarasin.
Deyirəm yaxşı ki,YAP-ın orqanı olan "Yeni Müsavat"a da pul ayrılıb.Raufun kefidi.
Bu qazetleri oxuyan yoxdur bunlarin yazdiqlari hec kimi maraqlandirmir yeri gelmiwken Rauf Arif oglu sizi urekden tebrik edirem
cənab dövlət çox nahaq yerə əziyyət çəkib onsuz da bu qəzetlərə lazım olan pul biz müəllimlərin əmək haqqından tutulur. pah atonnan! nola bu nazir deyəydi ki müəllim abunə olmasın.bezdiy a kişi.
Həqiqəti pula satan qəzetlər...