Menu

Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

20.07.2018, 11:31
Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı xəbərdə qeyd olunub.

Məlumatda qeyd olunur ki, terrorçuların məhv edilməsi üzrə havadan əməliyyatlar Zap, Avaşin və Xakurk rayonlarında aparılır.

Əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların dəqiq sayı barədə hələ məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol