Rusiyada keçirilən dünya çempionatında finala çıxaraq gündəm yaradan Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə siyasətçilərinə məktub yazıb. Fanat.az xəbər verir ki, o, ad çəkmədən mundialdakı bütün oyunlarını izləyən, dünya çempionatı boyunca sosial medianın əsas müzakirə mövzularından birinə çevirilən Xorvatiyanın Prezidenti Kolinda Qraber Kitaroviçi hədəf alıb.
"Bütün siyasətçilərə səslənirəm, üzərimizdən mükafat oyunu oynamayın. Xalqımızı səfalət və ümidsizlik cəhənnəminə itələyən sizlərsiniz" - Zlatko Daliç yazıb.
Baş məşqçi məktubunda yığmaya ayrılan bütün mükafatları bağışlayacaqlarını bildirib: "Alacağımız 23 milyon avro mükafatı uşaq qurumlarına bağışlayacağıq. Avropa Birliyinin ən kasıb ölkəsiyik. Pis və daha əvvəl mütəşəkkil cinayətkarlığa qarışmış insanlar bizi idarə edir. Xalqımızın əksəriyyəti gündəlik ehtiyaclarını ödəyə bilmir. Səhiyyə sistemi çöküb, məhkəmələr çirkli pulları yumaqla və saxtakarlıqları təmizləməklə məşğuldur. Minlərlə km sahilimiz olsa da, heç vaxt dəniz görməmiş uşaqlarımız var".

Şərhlər
Bax bu səbəbə görədə Xartvartlar finalda bilərəkdən uduzdular. Qalib gəlsəydi Xarvartiyanın dünya çempionatını keçirmə imkanının olmadığı aşkarlanacaqdı. Balaca 4 milyonluq ölkədi, təbiəti gözəl amma ox kasıb iqtisadiyyəti var.
Bu xanıma bizimkilərin suyu dəyməsə də bizmkilərlə birgə nəfəs almışdır. Nahaq yerə buralara gəlməmişdi ki.
"Siyasətə qarışmıram" təfəkkürü bu ölkələrdə siyasi olmayan insanlara aid deyil? Onda Lazım gəlsədə, gəlməsədə çətin ugur qazanarsaniz və analoqsuz inkişaf edərsiniz.
Zalım oğlu Zlatko Dalic elə bil azəri balasıdır.Özü də burda yaşayır.Onun ölkəsi Xorvatiyadır, bizimki Azərbaycan....Dərddləri eynidir.Niyə ? Çünki orda insanın qiyməti var, bizdə yox.
Futbolu bəhanə eliyən Prezident ``ürəyində tutduğu`` hədəflərə çatıb.Görəsən bu xanım biz tərəflərdən deyil ki..