"Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən baha, Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır "
"Tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır"
Ötən günlərdə 2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlandı. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub.
Belə ki, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.
İdman ixtisası üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il, 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb.
Tibb ixtisası üzrə plan yerlərinin azaldılması təhsil haqlarına da təsir göstərib. IV ixtisas qrupunda bəzi fakültələr üzrə təhsil haqlarının bahalaşıb. Müalicə işi ixtisası üzrə illik təhsil haqqı 1500 manat bahalaşaraq 4500 manat olub (6 ildə 27 min manat). Stomatologiya, tibbi profilaktika və əczaçılıq ixtisasları üzrə illik təhsil haqqı isə 1000 manat bahalaşaraq, 4000 manat olub (6 ildə 24 min manat).
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, tələbələrin sayının azalması qrupların və dərs saatlarının miqdarına təsir göstərməyib. Buna görə də universitet rəhbərliyi haqlı olaraq təhsil haqlarının artırılması təklifini verib: “Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu, adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə ki, təklif olunan qiymətlərdir. Ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də ali təhsil müəssisələri də təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar”.

Təhsil eksperti təəssüflə qeyd edir ki, son 7 ildə 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub: “Bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar həmin o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır. Hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır. Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400-3500 manat arasında dəyişir. Ukraynada 500-2500 manat məbləğində təhsil haqları dəyişir. Bu, dövlət universitetində olan təhsil haqlarıdır. Özəl universitetlərdə isə rəqəmlər fərqlidir”.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri təhsil haqları ilə bağlı Nazirlər Kabinetinə müraciət edirlər. Əgər universitetlərin təhsil haqqı ilə bağlı müraciətləri əsaslıdırsa, Nazirlər Kabineti təsdiq edib Dövlət İmtahan Mərkəzinə göndərir(musavat.com).

Şərhlər
Neche illerdir ki, insanlar tehsilde ciddi islahatlar, daha rahat proqramin tertibi, pulsuz tehsilin tetbiqj ve s gozleyirler. Gorunen ise odur ki, gunu- gunden daha cetin proqram, daha chetin qebul qaydalari ( kurikulum uzre), tehsilin sirf biznese chevrilmesi bash verir. ..
Almaniya kimi emek haqqlari yuksek olan bir dovletde , tehsil pulsuzdur. Azerbaycan a bu biabirchiliq yarashar? 4500 manat verib, 6 il oxu, sonrada hekim olmaq uchun( HEKIM ) turkiyeye, almaniyaya oxumaga get. Mentiq var?? Turkiye kimi dovletde tehsil haqqlari bizdekinden qat-qat ucuzdur. Bes kasibin balasi ne etsin? Bu o demekdir ki, kasib balalarina hech bir shans yoxdur. Azerbaycanin ne tehsili var ki, hele bir, az qala , ingilere seviyyesinde tehsil haqqi teleb olunsun?!ona gorede , hami uz tutur xarice
5000 gəncin həyatı dövlətə önəmlidır,yoxsa alverçilərin havayıdan varlanması? Axı 5000 gəncin həyatı və arzuları,onlara dövlətə münasibəti
bundan sonra necə olacaq? Bunu düşünən varmı?
Boşuna idmana xərclənən pullrın 20 faizini təhsilə xərcləsələr nə olacaq? Formula-1,digər idman oyiunlarına milyonlarla zəhmətkeşlərin pulu xərclənir,bəs zəhmətkeş balalarının təhsilinə bir az resurs yğnəldib.pullu təhsili aradan qaldırsalar nə olar ki?Bu 5000 -in əksəriyyəti oxumaq istəyən zəhmətkeş balalarıdır axı!
Bizim Təhsil sistemimiz daha yoxdur.Daha doğrusu uğursuz islahat siyasətləri gələcəyimizi fəlakət həddinə çatdırıb..Təəssüf edirəm ki,bu faciəni ölkə Prezidentinin nəzərinə çatdırmağa cəhd edilmir.
Azərbaycanda Ali təhsil sahəsi də digərləri kimi üzən məzənnəyə bənzəyir.Unudulub ki,gənclər bu ölkənin gələcəyidir və ölkənin gələcəyi yetişdiriləcək kadrların səviyyəsindən bir başa asılıdır.Hər bir təhsil alan gənc işlədiyi müddətdə ona çəkilən xərci dövlətə dəfələrlə qaytarır.Belə bir halda və Azərbaycanın neft.qaz və digər gəlirli sahələri olduğu halda gənclərə təhsil niyə pulla verilməlidir?Bu yalnız təhsil alverçilərinin,möhtəkirlərini varlandırmağa yönəldiyindən bunun qarşısını dövlət almalıdır.
Anoloqu olmayan inkişaf bunamı deyirlər?Təəssüf ki düşmənin edə bilmədiyini özümüzkülər edirlər.Təhsil Dövlətin gələcəyidir.Onsuz da müflis günə salınmış türksoyluların dövlətdən tamamilə səxışdırılıb çıxarılması təhsil haqqının bahalaşması ilə yekunlaşacaq.Hər şey bu gün sərvətləri mənimsəmiş varlılara qalacaq.
Biz dünyada yegənə millətik ki, (əgər belə demək mümkündürsə) öz pulumuzla öz övladlarımızı bisavad edirik. Atalaoqsuz inkişaf dövləti çox haqlı olaraq hər il təhsil haqqını qaldırırlar.Təhsil ilinə 3-4 min pul verilir və bunun müqabilində institutlarda (pafoslu desək Universitetlərdə) heç bir qəpiklik dərs keçilmir. .... Millət də qaçır Almaniyaya, Avropaya oradan da onları deportasiya edirlər. Yat canım-gözüm, yat.
Dehşetdi yatıb aidiyyatı qurumlar.