Menu

SAMİR ŞƏRİFOVA YENİ VƏZİFƏ VERİLDİ - Mərkəzi Komissiya yaradılacaq

17.07.2026, 21:12
SAMİR ŞƏRİFOVA YENİ VƏZİFƏ VERİLDİ -  Mərkəzi Komissiya yaradılacaq

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

"AzPolitika" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.

Əli Əsədov bildirib ki, Komissiyanın sədri qismində Baş nazirin müavini Samir Şərifov müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol