Menu

Merkel Azərbaycana səfər edəcək

21.07.2018, 15:08
Merkel Azərbaycana səfər edəcək

Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək.

APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, A. Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.

Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol