Menu

5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürülüb - Kürdəmirdə dəhşət 

22.07.2018, 14:36
5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürülüb - Kürdəmirdə dəhşət 

Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülüb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 33 yaşlı Sevanə Böyükağa qızı Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevə ərə gəlib və özü ilə ilk həyat yoldaşından olan 5 yaşlı oğlu Murad Bayraməli oğlu Yaqubov da onlarla bərabər yaşayırmış. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Abdulla Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb. O, Murada gah çomaq, gah da başqa küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın bədənində yaranan əziklər uşağın qızdırmasına səbəb olub. Həbs olunmasından ehtiyatlanan Abdulla Abdullayev uşağı həkim müayinəsinə aparmayıb və nəticədə 5 yaşlı Murad iyulun 21-də səhər saat 5 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib. Uşağın anası Sevanə Yaqubovanın sözlərinə görə, dəfələrlə uşağı həkimə aparmağı desə də, ögey ata hər dəfə ona öz etirazını bildirib və uşağın müalicə və müayinəsinə imkan verməyib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs Abdullayev Abdulla İnqlab oğlu şübhəli şəxs qismində tutulub.

Şərhlər

Hacı 2018-07-22 14:36:15

Ay vicdansız...özünü insan hesab edən kəs də, körpə, zəif cansız, köməksiz uşağa əl qaldırar? Mən bu faciəni fikirləşdikcə, göz yaşları məni boğur, ağlamaqdan gözlərim çıxır. Beləsini tikə-tikə doğrayıb vəhşi itlərə yem edəsən.Vallah nə bilim bu .... nə deyim ki, heç olmasa az da olsa bir insan kimi yüngülləşim.Onsuz da sənin bəlanı Allah özü verəcək, həm bu dünyada və həm də əbədi dünyada.

t.ədalət 2018-07-22 14:36:15

Beş yaşlı uşağı öldürən adam dəhşətli dərəcədə vəhşidir.Beləsi ömürlük həbs edilməli,yaxud da daş-qalaq edilmək üçün təhlükəli cani kimi cəmiyyətin mühakiməsinə verilməlidir.

Bayram 2018-07-22 14:36:15

Hadisə hamı kimi məni də çox təsirləndirdi. Yaxşı, ögey atanın şərəfsiz hərəkətini başa düşdüm, bəs bu doğma ana qəfəsdə qıfıl altında saxlanılırdı. Demək olar ki gündə sayt-lardan oxuyuruq ki filan gəlin evi tərk etdi. Yəni doğma ana 5 yaşlı balasını bu vəziyyətdə görüb, onu götürüb evdən həkimə qaça bilmirdimi?...... Sözün bitdiyi yer.Yazıqlar olsun....

elnur gence 2018-07-22 14:36:15

Belesini ölüm cezası vermek lazımdı. Adamda uşaqa zulum verer. Qanımız qaraldı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol