Menu

Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var

22.07.2018, 21:45
Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xan Qərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Ford" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol