Menu

Fəthullah Gülənə Rusiyadan da zərbə

28.07.2014, 09:04
Fəthullah Gülənə Rusiyadan da zərbə

Qərarı Rusiya Təhsil Nazirliyi verib

ABŞ-dan sonra Rusiyada da Fəthullah Gülən camaatına aid fond məktəbinin fəaliyyətinə xitam verilib.

ANS-in məlumatına görə, "Atlantik Beynəlxalq Təhsil Mərkəzi" adı ilə Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Gülən cammatına məxsus müəssisənin fəaliyyət göstərmək haqqında icazə hüququ Rusiya Təhsil Nazirliyi tərəfindən ləğv edilib.

Qurumun bütün fəaliyyətlərinə son verildiyi bildirilir. Bu barədə Moskva şəhər təhsil idarəsi də məlumat verib. Təhsil idarəsindən bildirilib ki, 27 iyun 2014-cü il tarixindən etibarən “Atlantikin” fəaliyyətinə son qoyulub.

Xatırladaq ki, ABŞ-ın Los Anceles şəhərində də Fəthullah Gülən camaatı ilə əlaqəli olan 2 məktəb maliyyə hesablarını düzgün yerinə yetirməməsi səbəbilə iyulun 12-də bağlanılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol