Menu

"PASHA Holding" yeni şirkət yaradıb

23.07.2018, 13:26
"PASHA Holding" yeni şirkət yaradıb

Vergilər Nazirliyi iyulun 18-də "PASHA Technology" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" xəbər verir ki, yeni şirkət "PASHA Holding" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə şirkətlər qrupunun direktor müavini olan Fərid Usad oğlu Məmmədovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol