DEPUTAT OĞLUNUN ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI - Kef içində yaşayır və... + VİDEO

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov ölkə mətbuatının gündəminə model Günel Mirzəyevanın ölümü ilə düşmüşdü. Belə ki, modelin deputatın oğluna məxsus yaxtada boğulduğu bildirilirdi. Həmin vaxt istər deputat E.Axundova istər də oğlu H.Axundov hadisənin onların yaxtasında baş vermədiyinə dair açıqlama vermişdilər. Hətta E.Axundova açıqlamasında oğlunun ümumiyyətlə yaxtasının olmadığını bildirmişdi.

Amma bu açıqlamadan bir müddət sonra H.Axundov hadisənin həqiqətən də ona məxsus yaxtada baş verdiyini, lakin həmin an özünün yaxtada yox, sahildə olduğunu və bu səbəbdən də G.Mirzəyevaya kömək edə bilmədiyini bildirib: “… 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm".

Ortada bir-birini təkzib edən açıqlamalar olsa da, məsələ qapadılıb getdi. Hər halda ortada cəza alan olmadı. Hər kəs necə deyərlər, qaldığı yerdən həyatını davam etdirdi. Həm də necə həyatını...

Ancaq deputatın oğlunun adı bu dəfə başqa bir dələduzluq işində gündəmə gəldi. Həbib Axundovun adı 8 milyonluq dələduzluq qalmaqalında hallanmağa başladı. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov şikayət edərək, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanları olduqlarını bildirdilər.

Ancaq H.Axundov bütün günahın Elnur İbrahimovda olduğunu bildirərək, özünün də zərərçəkmiş olduğunu bildirdi. Ancaq hazırda məhkəmədə araşdırılan bu işdə zərərçəkmişlər pullarını deputat oğluna verdiklərini bildirirlər.

Bu iş üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda deputat oğlu ilə bağlı yeni faktlar ortaya çıxıb. "AzPolitika.info" xəbər verir ki, H.Axundovun harın həyat tərzini, kef içində yaşadığını əks etdirən, hətta kasıb insanları ələ salmaqdan çəkinmədiyi görüntüləri yenidən gündəmi zəbt edib. Bahalı avtomobillər, bahalı geyimlər, necə deyərlər, ətrafında huri mələklər...

Bu görüntülər ölkənin iki ağır devalvasiyadan keçdiyi günlərdə çəkilib ... Xalq banklar qarşısında boynubükük qalıb, minlərlə vətəndaşımız məhkəmələrdə sürünür, amma nə kəramətdisə bizim çox çox dəyərli deputatımızın oğlu Həbib Axundov mal-mülk, səltənət içində üzür...

Sanki insanları ələ salırmış kimi, "Bakıda deyirlər "krizisdir",  dollar qalxıb, mənim dollarım, heç manatım da yoxdur" deyə lağlağı şəkildə bildirir. 

Gah ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünür... 

"AzPolitika.info" deputat oğlunun internetdə  yayılmış görüntülərini  təqdim edir:

635x100

Şərhlər

Sedaqet 2018-07-24 12:25:28

Elmira xanim shexsen tanimiram hec fealiyyetinide izlemirem. Bir iki defe TV musahibesini dinlemishem malesef.... cammata agil veren sozleri ile cixish edirdi. Vetenseverlik gosterirdi. Amma oz ogluna terbiye vere bilmiyen Azerbaycanin muharibe sheraitinde oldugunu bile bile nece bele ogul boyutmek olar? Esgerlerimiz baxir ne dushunur? Elmira xanim belke oglunu gondereydin esgerlerin qaldigi yere goreydi onlarin cekdiyi eziyyeti ve biraz agillanardi? Belke xeyri olardi? Axi siz bu xalqi temsil edirsiz...

sevda agakiwiyeva 2018-07-24 12:25:28

yaziqlar, bilirlər ki, pulları olmasa hec bir qadin onları sevmeyecek-cunki -agil ve xarizmaları yoxdur...

TARİX 2018-07-24 12:25:28

...

Randa 2018-07-24 12:25:28

Ən düz axırıncı söylədiyi cümlədər.

EWDER 2018-07-24 12:25:28

ESAS INKIWAFDU...EWDER OL CANI.YAVQWDAMAQ OLMAZ...KEYF ELEYIN...LAZIM GELSE ,GORESEN BU...ERMENININ USTUNE GEDECEK...GEDECEK.GETSEDE....

Vətəndaş 2018-07-24 12:25:28

Ölkədə yuxarı vəzifəlilərə və onların evladlaının həyat tərzinə ,davranışlarınanəzarət vacibdir.Bu qədər harınlıq,nəzarətsizlik ölkəni hara apardığını düşünən niyə tapılmır?

İRADƏ 2018-07-24 12:25:28

Oğul da anasına bu qədər oxşuyarmı,İlahi.

Faiq 2018-07-24 12:25:28

.... məmur oliqarx deputat klanlar parazit kimi millətin qanını sorub kef çəkirlər. Bu olkədə hər şey onlarındır. Ölkədə misli görünməmiş sosial-mənəvi ədalətsizlik hökm sürür.

Hüquqsuz vətəndaş 2018-07-24 12:25:28

Azərbaycan həqiqətən analoqu olmayan sürətlə inkşaf edir....

Davud 2018-07-24 12:25:28

bu deputatla, onun oğlu ilə niyə maraqlanan yoxdur? Axı bu qədər olmaz! Ya da ki, kimsə nə üçünsə ,nəyin hesabına isə boş buraxılmasına imkan verib.Ölkənin vəsaitlərinin dağıdılmasına, oğurlanmasına və son nəticədə harınlığa necə icazə verilir? Axı bu neçənci dəfədir mətbuata çıxarılır və nəticə görünmür.

cəngərlik sakini 2018-07-24 12:25:28

ye,iç və cütləş heyvani hisslərdir. şükürlər olsun ALLAHA . ağıl lazımdır ki,elmlə məşğul olsunlar....

G.M 2018-07-24 12:25:28

....bundan başqa bir şey gözləmək olmaz.....gələn pullar beləcə yerlərdə xərclənir.

R-n 2018-07-24 12:25:28

.....Bize catasi pullari beleleri yeyir...

Son yazılar