Menu

"Trabzonspor" Azərbaycan yığmasının hücumçusunu "Osmanlıspor"a təklif edib

24.07.2018, 21:34
"Trabzonspor" Azərbaycan yığmasının hücumçusunu "Osmanlıspor"a təklif edib

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevi satmağa qərar verib.

"Report" "Fotospor"a istinadən xəbər verir ki, komanda "Osmanlıspor"un nigeriyalı futbolçusu Umar Aminunu heyətinə qatmaq üçün 22 yaşlı hücumçudan istifadə edəcək.

Qara dəniz təmsilçisi "Osmanlıspor"a Ramil Şeydayev və 350 min avro təklif edəcək.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən Ramil Şeydayev "Trabzonspor"un Sloveniyadakı təlim-məşq toplanışında iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol