Menu

Moskva metrosu daha bir faciədən qurtuldu

28.07.2014, 11:50
Moskva metrosu daha bir faciədən qurtuldu

Rusiya paytaxtı Moskvanın metropolitenində növbəti ağır qəzanın qarşısı alınıb.

Milli.Az LifeNews-a istinadən bildirir ki, iyulun 15-də Arbat-Pokrovskaya xəttindəki məşum qəzada 23 nəfər həlak olmuşdu.

Bu gün isə Serpuxov-Timiryazevskaya xəttində qatarlardan birində maşinist kabində yatıb və qatarı "Mendeleyevskaya" stansiyasında saxlamayıb.

Qatarların toqquşmasına elektron əyləc sistemi imkan verməyib.

Olay Moskva vaxtı ilə səhər 09.46-da baş verib.

12 illik staja malik maşinist yuxulu olduğundan qatar stansiyada dayanmayıb və tunelə 9 metr girəndən sonra dayanıb. Qatarın vaqonlarının qapıları açılmayıb.

Maşinist yuxudan ayılıb və qorxduğundan olay barədə dispetçerə xəbər verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol