Menu

Sərkisyanın cangüdəni azadlığa çıxdı - 2 milyon dollara

24.07.2018, 22:10
Sərkisyanın cangüdəni azadlığa çıxdı - 2 milyon dollara

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın mühafizəçisi Vaçaqan Kazaryan azadlığa buraxılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb. Onun 2 milyon dollar girov qarşılığında azadlığa buraxıldığı bildirilir.

Qeyd edək ki, Serj Sarkisyanın sürücüsü və şəxsi cangüdəni kimi tanınan V. Kazaryan iyunun sonunda həbs olunmuşdu və qanunsuz yolla varlanmada, eləcə də gəlirləri ilə bağlı bəyannamədə yalan məlumatlar verməkdə şübhəli bilinirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol