Menu

«Moldovada sosialistlərlə demokratların ittifaqı mumkün deyil» - Dodon

25.07.2018, 00:55
«Moldovada sosialistlərlə demokratların ittifaqı mumkün deyil» - Dodon

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Moldovanın Prezidenti İqor Dodon əmindir ki, ölkədə parlament seçkilərindən sonra sosialtistlərlə demokratların koalisiyasının meydana gəlməsi, ideoloji mülahizələrdən dolayı, mümkün olmayacaq.

Prezidentin sözlərinə görə, jurnalistlər tez-tez soruşurlar: parlament seçkilərindən sonra nə olacaq? Və Moldova Sosialist və Demokrat parrtiyaları arasında koalisiyanın yaranması versiyasını irəli sürürlər. Dodon əmin olduğunu bildirib ki, bu versiya baş tutmayacaq.

«Prezident yönlü sosialist partiyası ileoloji mülahizələrdən dolayı, sağlarla və demokratlarla alyans yarada bilməzlər. Bu, prinsipial məsələdir. Neytrallıq mövqeyindən çıxış edən sosialistlər NATO-u dəstəkləyənlərlə necə koalisiya yarada bilərlər?» - deyə, Dodon öz «Feysbuk» səhifəsində yazıb.

Onun sözlərinə görə, Sosialist Partiyası dövlətçiliyin saxlanması mövqeyindən çıxır edir. Ona görə də sosialistlər «seksual azlıqların yürüşünə çıxanlarla və Moldovanın ləğv olunmasını tələb edənlərlə bir yerdə ola bilməzlər».

Məlumat üçün bildirək ki, Moldovanın fəaliyyətdə olan parlamentinin mandatı 30 noyabr 2018-ci ildə bitir. Bundan əvvəl, Dodon bəyan edib ki, qanunverici orqana seçkilər noyabrın 18-də və ya noyabrın 25-də keçirilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol