Menu

Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalandı - VİDEO

25.07.2018, 11:23
Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalandı - VİDEO

Futbol üzrə Nigeriya millisinin məşqçisi Salisu Yusuf rüşvət alarkən yaxalanıb.“Report” xəbər verir ki, BBC 56 yaşlı mütəxəssisin 2017-ci ilin dekabrında Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya cəlb etməyin müqabilində 2 futbolçunun agentindən min dollar rüşvət aldığını əks etdirən görünütləri yayımlayıb.

Məşqçi isə rüşvət almadığını, pulu hədiyyə qismində götürdüyünü bildirib.

Qeyd edək ki, Yusuf 2016-cı ilin aprelindən oktyabrınadək Nigeriya yığmasının baş məşqçi vəzifəsini müvəqqəti icra edib. O, 2018-ci il dünya çempionatında millinin məşqçilər korpusunda yer alıb.

 

Şərhlər

EWDER 2018-07-25 11:23:57

MOLODES....GUYA BIZIMKILER DUZ IWLEYIR,..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol