Menu

Nikaha daxil olmaq istəyən 69 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb

25.07.2018, 18:17
Nikaha daxil olmaq istəyən 69 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb

Bu ilin 6 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər arasında İİV infeksiyasına yoluxduğu aşkar edilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1 iyun 2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub.

Onlardan 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol