Menu

Bu gün Orxan Zeynalova hökm oxunacaq

28.07.2014, 15:14
Bu gün Orxan Zeynalova hökm oxunacaq

İyulun 28-də Moskva sakini Yeqor Şerbakovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalova hökm oxunmalıdır.

Prokuror ona 18 il iş istəyib.

Orxan Zeynalov bir necə gün öncə məhkəmədə ifadə verərkən Yeqor Şerbakovu öldürmədiyini, hadisənin baş verdiyi gün Moskvada olmadığını bildirib.

Hadisə ötən ilin oktyabrında Moskvanın Brülyova rayonunda baş verib.

Qətldən sonra Rusiyada miqrantlara qarşı kütləvi etirazlar başlayıb, onlarla miqrant ölkədən çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol