Menu

«BRİKS qlobal əhatə dairəsini genişləndirir» - Lavrov

26.07.2018, 15:37
«BRİKS qlobal əhatə dairəsini genişləndirir» - Lavrov

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov hesab edir ki, BRİKS həmfikirlilərin xarici dairəsini formalaşdıraraq, qlobal əhətəni genişləndirir.

Onun sözərinə görə, BRİKS inteqrasiya proseslərini yönəltmək məsələsində meydan rolunu oynamaq üçün yaxşı potensiala malikdir.

BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) 10-cu və yubiley sammiti Yohannesburq şəhərində (CAR) keçirilir. Beş lider ölkədən əlavə, sammitə həm də Türkiyə, Qabon, Anqola, Seneqal, Uqanda, Toqo, Ruanda, Argentina, Namibiya və Yamayka prezidentləri də dəvət olunub.

«Beşliyin, dünyanın müxtəlif guşələrindən olan dostlarının da Yohannesburqa dəvət olunmasını alqışlayırıq. Beləliklə, praktikada bizim liderlər tərəfindən bəyənilmiş «BRİKS plyus» konsepsiyası reallaşır. Biz, «beşliyin» qlobal əhatəsini genişləndiririk, həmfikirlərimizin «xarici dairə»sini formalaşdırıpıq. Bu kontekstdə, formalaşan «dairə», müxtəlif inteqrasiya proseslərinin çevik yönəldilməsi üçün meydana çevrilməsi məsələsində yaxşı potensiala malikdir» - deyə, nazir sammit ərəfəsində Cənubi Afrikanın «Ubuntu» jurnalında dərc olunmuş məqaləsində yazıb.

Onun sözlərinə görə, BRİKS-in üçüncü ölkələr üçün cəlbediciliyi onunla izah olunur ki, «beşlik» konstruktiv qarşılıqlı fəaliyyət üçün açıqdır, onun dəyərlərinin toplanması isə universal xarakter daşıyır.

«Biz, ikili standartları, hərbi müdaxilələri, məcburedici birtərəfli iqtisadi tədbirləri, proteksionizmi və ədalətsiz rəqabəti qəbul etmirik. Beynəlxalq problemlərin həllində hərbi gücdən istifadənin yolverilməz olması məsələsində həmrəyik. Ümumdünya ticarət təşkilatının (ÜTT) açıq, inklüziv, bərabərhüquqlu, şəffaf və çoxtərəfli qarşılıqlı-faydalı ticarət sistemini və rolunu müdafiə edirik» - Lavrov qeyd ndib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol