Bu günlərdə Azərbaycanda təhsil haqqını verə bilmədiyi üçün 5 min tələbənin ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığına dair məlumat yayıldı. Əslində təəccüblü deyil. Azərbaycanda yaşayış minimumu ilə təhsil haqqının tərs mütənasibliyi “anoloqsuz inkişaf”ın mahiyyətini çox dəqiq ifadə edir. Uyğun parametrlər üzrə Avropa ölkələrindən ikisi ilə paralellər aparmaqla fikrimi çatdırdım.
Fransada əmək haqqı saatda 11,2 dollar, bir iş günündə 90 dollar, bir ayda (160saat)1792 dollardır. Almaniyada eyni ardıcıllıqla 10,3 dollar, 82,4 dollar və 1648 dollardır. Bizdə isə aylıq minimum əmək haqqı 130 AZN, yəni 76 dollardır.
Almaniyada, məsələn, Münhen Universitetində illik təhsil haqqı ölkə vətəndaşları üçün 257 avro (o cümlədən 67 avro nəqliyyat xərci) və ya 301 dollardır. Ümumiyyətlə, ali məktəblərdə illik ödəniş orta hesabla 350 -550 avro arasında dəyişir. Bu da təxminən 527 dollar və 900 AZN edir.

Fransada, məsələn, Sorbonna Universitetində də təxminən bir o qədər təhsil haqqı ödənilir.
Bizdə illik ödəniş minimum 588 dollar və ya 1000 manatdır. Bəzi ixtisaslarda isə bu rəqəm 3823 dollar və ya 6500 manat təşkil edir.

Konkret sahələr üzrə müqayisə aparaq. Ali tibb ixtisasında illik təhsil haqqı 4000 manatdan 4500 manata qaldırıldı. Yəni, 2360 dollardan 2650 dollara yüksəldildi!?
Bu isə o deməkdir ki, illik ödənişi fransız və alman tələbələrin minimum qazancı olan valideyni aylıq gəlirinin 1/3-i ilə həyata keçirə bilir.
“Yeni azərbaycanlı” tələbələrin minimum qazancı olan valideyni isə bütün gəlirini (130x12=1560 manat) illik ödənişə keçirsə belə 1/3-ni ancaq qarşılayır. Qalan məbləği ya banklardan (anoloqsuz %-lə) kredit götürüb, ya kimlərdənsə “sələminə” borc götürməklə, ya da əmlakı varsa, onu satmaqla ödəməlidir.
Bir sözlə, valideynlə övlad qarşılıqlı olaraq xəcalətli duruma məhkum edilib. Avropada bu ödənişlər “təhsil haqqı” yox, bir nov “semester üzvlük haqqı” adlanır. Həmin məbləğə ali məktəblərin inzibati idarə xərcləri, tələbələrin ictimai nəqliyyatdan istifadə məsrəfləri, sığortası da daxildir.
Pullu təhsil ancaq ve ancaq 2-ci ali təhsil alanlara aiddir! Və bu da, əsasən, Avropa İttifaqına üzv olmayan xarici ölkələrdən gələn tələbələr üçündür.
Bu faktlar göstərir ki, Avropada ali təhsil ya pulsuz, ya da bizimlə müqayisədə dəfələrlə ucuzdur. Azərbaycan və Avropa Universitetlərinin beynəlxalq reytinqlərdəki yeri, diplomların etibarlılıq dərəcəsi isə müqayisə oluna bilməz. Diplomlarımızın xaricdə tanınması bizlər ücün hələlik xəyal olaraq qalır...

Buna baxmayaraq Azərbaycanda təhsil almaq üçün tələb olunan ödəniş yüksək olduğu üçün 5000 tələbə ali məktəbləri yarımçıq tərk edib. Bu, adi statistika deyil, faciədir!
Ailələri, çevrələri ilə birlikdə taleləri param-parça edilmiş on minlərlə insan deməkdir!.Bu haqda düşünən varmı?
İsa Bəhluloğlu
AzPolitika.info

Şərhlər
Təhsilin başında duranlar Azərbaycan millətinə qsdə durblar.Hətta orta təhsili də pullu ediblər.Bu nə demək olduğunu düşünüb ölçü götürən varmı?Əsla yox! Bütün sahələr kimi təhsil sahəsi də alverçilərə tapşırılıb.Yoxsa belə biabırçılıq olmaz! Ölkədə orta aylıq əmək haqqına ( hələ işləyənlərin, iş yeri olmayan işləməyən nə qədər insan mövcuddur)orta aylıq ödənişlərə,yaşayış normativinə və illik təhsil haqqına diqqət edən varmı? Niyə bu məsələ açıq saxlanılır?
Ölkədə iqtisadiyyat çökdüyü üçün büdcənin doldurulmasında insanların təhsil hüququndan sui istifadə olunur.Yəni,deputatların maaşlarını artırmaq üçün tələbənin də payına əl uzatmaqdan utanmırlar...Hara kimi?
MELAHET XAHIM SESINE SES VERIREM TEHSILIMIZI MEHV EDIBLER .TEHSIL
EKSPERYLEI NEYE SUSURLAR EJDER AGAYEV NADIR ISRAFILOV SESINIZI
QALDIRIN EY MILLET ,ZIYALILAR,YAZICILAR HARADASIHIZ SESINIZI UCALDIN FACIENIN QARSISINI ALMAQ UCUN TEDBIR GOPUN YOXZA....
TƏHSİL NAZİRİ SEÇKİ YOLU İLƏ BU VƏZİFƏNİ TUTMALIDIR.
Bizim tələbələr zülüm çəkməlidir.Çünki analoqsuz inkişafda olan Azərbaycanda yaşamaq qismət olub.Talan-ha talan,soy-ha soy,oğurluğun cəzalanmadığı məmləkətdə! Rüşvət nəzarət edilmir-qanun basdırılıb,büdcə yeyənlərə-yaşıl işıq,korrupsiyanın başında duranlar mühafizə olunur,dövlət qulluqçuları qohum,quda,yerli. Nəzarət-0.Qoy gəlsin!
Kimdir bu binəva tələbələri yadına salan.Bu belə dövri zamandır ki, azərbaycanlıların işi ahu fəğandır
Bizim yazdıqlarımız Hökumətə milçək vızıltısı qədər təsir etməyəcək.Para əldə etmək üçün bir təklifdə məndən, imkansız tələbələr təhsil haqqlarını qan verməklə ödəsinlər....
MİLLƏTİN GƏLƏCƏYİ TƏHSİLDƏ,ELMDƏDİR.TƏHSİLİMİZƏ OLAN MÜNASİBƏTİN AXIRI FACİƏDİR... HANİ ZİYALI İNSANLARİMIZIN MÜNASİBƏTİ,TƏPKİSİ...
Siz düşünsəniz ki,bunlar hamı düşüncəli surətdə edilir..,onda düşünməkdən beyniniz çatlayar...
Bu bizim milli faciəmizdir. Hökümət bu faktın üstündən sükutla keçməməli, problemin həlli üçün proqram hazırlamalıdır.
ESAS INKIWAFDU...BALIQ....KEYF ELEYIN,AY MILLET.KIM....MILLETE.YAWASIN EWDER OL
Meleyke xanimi teyin edende men dedimki tesil batdi. buda oldu kimlerucunse qazanc menbeyi .Boyuk sirketlerde olduqu kimi xaricden tolirant dovletik deye-deye pul xatirine bizleri savadsiz qoyub onlari oxudarlar. onlarin payini ALLAH versin yaziqdir bu xalq.
Səlim Müslümovun ahıl yaşlıların pensiyadan məhrum edilməsində günahı nə qədərdirsə, təhsilə rəhbərlik edənlərin də tələbə gəncləriməzə vurdugu zərbə də o qədərdir. Biznes xatirinə təhsili və gəncliyi zəlil etdilər...
ANOLOQU OLMAYAN İNKİŞAFIN NƏTİCƏSİDİR.
"Ölümmü,qalımmı? sual budur bu.Taleyin(Hökumətin,MM
deputatlarının)dəhşətli əzablarına.Müti bir qul kimi dözümmü yoxsa" Niyə,bizim tələbələr belə zülm çəkməlidir.Niyə,Allah vicdansız səbəbkarlara bir balaca vicdan əzabı vermir.Nə vaxtadək onlar qarğış sahibi olacaqlar.Gələcək nəsillərin taleyini görəsən nə vaxt fikirləşəcəklər?Çox təhsil haqqı ödəyənlər gələcəyin rüşvətxorları,qan icənləri olacaq. Necə ki,20-25 il qabağın tələbələri indi rüşvətxor,qan içən olublar.Təhsil,Tibb,Hüquq,gömrük.FHN??
Bu yalnız faciə deyil. Bu intihara cəhdi artıran amillərdən biridir. Bu barədə düşünən olsaydı, bu vəziyyət yaranmazdı.
ela tehlildir-bu nehsile vurulan en aqir zerbedir
Mickey Mouse olmushuq....
Guya kiminse vecinədi...
KIM SIZƏ deyir ki sizin uşaq mütləq oxumalıdır ali savad almalıdır?Pulun yoxdur deməli oxumamalıdır bunu niyə başa düşmürsunuz?Siz dediyiniz sovet höküməti idi calışırdı hamını oxutsun ona mütəxəssizlər lazım idi.İndiki hakimiyyətə lazımdır pambıqçi, baramacı, xarici turistlərin qulluğunda durmağa cürbə cür peşə sahıbləri.Soveti bəyənməyib yıxdınız bunu qurdunuz indi rəqabət dövrüdür ortabab sözü yoxdur ya əla oxumalısan yada get ərəb turistlərin qulluğunda dur. Vərdiş edin soncuxlamağın yeri yoxdur